“Roma”nın hücumçusu Stefan Əl-Şaaravi avtomobil qəzasına düşüb.
Hadisə “Torino”ya məğlubiyyətdən (1:3) sonra baş verib. Futbolçu səfər oyunundan klubun bazasına qayıdırmış.
Onun idarə etdiyi “Audi A3” “Fiat Panda” ilə toqquşub. “Fiat Panda”nın 40 yaşlı sürücüsü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Əl-Şaaravi ciddi xəsarət almasa da, avtomobili yararsız hala düşüb.
Bu futbolçu “Monako”nun heyətində “Qarabağ”a qarşı Avroliqa matçlarında forma geyinib.