Sevgilisi Ardanın qadağasını pozdu

12:15 27 Sentyabr 2016

"Barselona"nın türk ulduzu Arda Turan və sevgilisi Aslıhan Doğan arasındakı münasibətlər mediaya hələ də tam bəlli deyil.

Bu yay ailə quracağı deyilən cütlük toyu təxirə salıb. Sosial mediada aktiv olan Aslıhanın İnstaqram hesabını bağlaması ilə ikilinin ayrıldığı haqda xəbərlər də yayılmışdı.

Arda şəxsi paylaşımlar olmasın deyə Aslıhana qadağa qoyduqdan sonra o, bu addımı atmaq məcburiyyətində qalmışdı. Lakin Aslıhan bu günlərdə sevgilisinin qadağasını pozaraq İnstaqram hesabını yenidən aktivləşdirib. O, sonuncu paylaşımı 26 həftə əvvəl edib.

//axşam.az 


Digər xəbərlər

Xəbər xətti