“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo komandasının hücumçusu Zlatan İbrahimoviçə istirahət verib.
İsveçli futbolçu bu səbəbdən sentyabrın 29-da Avroliqanın qrup mərhələsinin ikinci turunda “Zarya” ilə “Old-Trafford”dakı oyunda iştirak etməyəcək.
Xatırladaq ki, “MY”nin yeni transferi olan İbrahimoviç bu mövsüm bütün turnirlərdə 9 oyun keçirib və 5 qol vurub.