Klubumuz İstanbulda beynəlxalq turnirdə iştirak edir

15:33 28 Sentyabr 2016

Sentyabrın 28-dən oktyabrın 2-dək İstanbulda qadın voleybol komandaları arasında “Boğaziçi” beynəlxalq turniri keçiriləcək.

Yarışda ölkəmizi Bakının “Telekom” komandası təmsil edir.

Yarışda Bakı təmsilçisi ilə yanaşı, daha 5 klub yeni mövsüm üçün oyunçularını sınaqdan keçirəcək. Qonşu ölkədə yerli komandalardan “Əczaçıbaşı”, “Beşiktaş”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank” və “Sarıyer Bələdiyyəsi” Zoran Qayiçin yetirmələrinin rəqibləridir.

“A” qrupunda yer alan “Telekom” “Sarıyer Bələdiyyəsi” və “Beşiktaş”la münasibətinə aydınlıq gətirəcək.


Digər xəbərlər

Xəbər xətti