Milli komandamızın və “Trabzonspor”un hücumçusu Ramil Şeydayev “Medyatrabzon” qəzetinə maraqlı açıqlamalar verib.
Gənc futbolçu “Trabzonspor”da inkişaf edəcəyinə inandığını bildirib:
“2020-ci ilin yayına qədər müqaviləm var. İnkişaf etməyim üçün uzun zamandır və kifayıt edəcək. Ancaq mən bu vaxtı qısaldaraq heyətə daha tez bir zamanda düşmək istəyirəm və “Trabzonspor”da daimi olaraq forma geymək istəyirəm. Bunun üçün isə daha çox çalışmağım lazımdır”.
Ramil Şeydayev komandadakı əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:
“Əsl ailə kimiyik və komandamızda yaxşı əhval-ruhiyyə hökm sürür. Bura gəldiyim üçün peşman deyiləm”.
Ramil Şeydayev Rusiyanın aşağı yaş millilərində forma geyməsinə baxmayaraq, komanda yoldaşlarının ona rus deyil, azərbaycanlı demələrini xahiş edib.