Estoniya millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Cəbəllütariq və Yunanıstanla keçirəcəyi görüşlərüçün heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, millinin baş məşqçisi Martin Reymin dəvət göndərdiyi 26 futbolçu arasında “Qəbələ”nin hücumçusu Sergey Zenyovun da adı yer alıb.
Xatırladaq ki, Estoniya millisi oktyabrın 7-də Cəbəllütariq, 10-da isə Yunanıstanla qarşılaşacaq.
Qeyd edək ki, Zenyov millidə 52 oyun keçirib və 10 qol vurub