Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah səfərdə "Fiorentina"nın qonağı olacaq "Qarabağ" oyun öncəsi son məşqinə çıxıb.
Sportarena.az xəbər verir, son hazırlıq qarşılaşmanın keçiriləcəyi "Artemio Franki" stadionunda keçirilib və təxminən 1 saat davam edib. Hazırlıqda komandanın bütün futbolçuları iştirak edib.
Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.