Ronaldo məşqçi olma ehtimalı barədə nə dedi?

11:28 29 Sentyabr 2016

Madrid "Real"ının forvardı Kriştiano Ronaldo karyerasının sona çatmasından sonra məşqçi olma ehtimalından danışıb.
 
"Bu barədə çox düşünürəm. İndi məşqçi olmaq istəməzdim. Bir neçə ildən sonra isə bəzi yaxınlarım məşqçi ola biləcəyimi söyləyəcəklər. Lakin mən istəmirəm. Bu çox çətin işdir. Hazırda öz oyunuma köklənmək istəyirəm. Heç kim nə baş verəcəyini söyləyə bilməz. Ola bilər ki, 5-6 ildən sonra fikrimi dəyişib məşqçi oldum" – deyə Ronaldo qeyd edib.
 


Digər xəbərlər

Xəbər xətti