DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Norveç yığmasının heyəti açıqlanıb.
Sportarena.az xəbər verir ki, Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo 22 futbolçuya dəvət göndərib.
Qapıçılar: Andre Hansen (“Rusenborq”), Rune Yarsteyn (“Herta”, Almaniya), Oryan Niland (“İnqolştadt”, Almaniya)
Müdafiəçilər: Haytam Aleesami (“Palermo”, İtaliya), Veqar Eggen Hedenstad (“Sankt Pauli”, Almaniya), Even Hovland (“Nürnberq”, Almaniya), Stefan Strandberq (“Hannover”, Almaniya), Yonas Svensson (“Rusenborq”)
Yarımmüdafiəçilər: Markus Henriksen (“Hall Siti”, İngiltərə), Ruben İtterqard Yenssen (“Qroningen”, Hollandiya), Stefan Yohansen (“Fulhem”, İngiltərə), Havard Nordtveyt (“Vest Hem”, İngiltərə), Martin Samuelsen (“Bləkbörn”, İngiltərə), Ole Kristian Selnes (“Sent-Etyen”, Fransa), Per Kilyan Skyelbred (“Herta”, Almaniya), Aleksander Tettey (“Norviç”, İngiltərə)
Hücumçular: Jo İnqe Berget (“Malmö”, İsveç), Adama Diomande (“Hall Siti”, İngiltərə), Tarik Elyunussi (“Olimpiakos”, Yunanıstan), Pol Andre Elland (“Rusenborq”), Joşua Kinq (“Bornmut”, İngiltərə), Aleksander Sorlot (“Qroningen”, Hollandiya).
Qeyd edək ki, Azərbaycan – Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək.