Türkiyə klubunun 5 oyunçusu millimizdə

11:59 1 Oktyabr 2016

Türkiyənin birinci liqasında yarışan "Altınordu" klubunun 5 futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət edilib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Daha öncə qapıçı Muhammet Can Tunceri yığmaya dəvət edən U-17 millisinin baş məşqçisi bu dəfə Onur Taha Takır, Şahan Akyüz, Egehan Gök və Mutlu Aksu Doğanı heyətdə görmək istəyib. "Altınordu" klubunun prezidenti Seyit Mehmet Özkan adı çəkilən 5 oyunçunun Azərbaycan milli komandasında oynamasına icazə verib.


Qeyd edək ki, həmin futbolçular yığmanın 14-21 oktyabrda Serbiyanın paytaxtı Belqradda keçirəcəyi təlim-məşq toplanışına qatılacaq.


Digər xəbərlər

Xəbər xətti