Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə II Azərbaycan birinciliyi və Bakı çempionatı ilə açıq elan olunub.
Sportarena.az xəbər verir ki, 35 gimnastın qatıldığı yarışlar Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir.
İdmançılar fərdi kişi (gənclər - 15-17 yaş, böyüklər 18 yaş və daha böyük), fərdi qadın (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş, gənclər - 15-17 yaş) və qadın üçlüyü (uşaqlar - 7-8 yaş, balacalar - 9-11 yaş, yeniyetmələr - 12-14 yaş) proqramları üzrə çıxışlarını nümayiş etdirəcəklər.