Azərbaycan çempionatının 1-ci Divizionunda mübarizə aparan “Şəmkir” klubu heyətini gücləndirməkdə davam edir.
Klubdan saytımıza verilən məlumata görə, növbəti mövsüm Premyer Liqaya çıxmağı hədəfləyən bölgə klubu iranlı hücumçu Şahin Balicani ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, İranın “Malavan” klubunun sabiq hücumçusu ilə bir çox Premyer Liqa klubları da maraqlanırdı.