Taysonun qanında narkotik maddə tapıldı: Kəməri alına bilər

14:15 2 Oktyabr 2016

"Qaraçı Kral" ləqəbi ilə tanınan məşhur boksçu ilə kəmərin keçmiş sahibi Vladimir Kliçko arasında oktyabrın 29-da keçiriləcək revanş matçı da ləğv edilib.

Son dopinq testin nəticəsində Fyurinin qanında kokain maddəsi aşkar edilib. Bu da "Qaraçı Kral"ın Dünya Boks Təşkilatı, Dünya Boks Federasiyası və Beynəlxalq Boks Təşkilatı çempionluq kəmərlərini itirə bilməsi anlamına gəlir.

Qeyd edək ki, ötən il noyabr ayında o, Almaniyada təşkil olunan çempionluq matçında 12-ci raundda hakimlərin qərarı ilə Kliçkoya qalib gələ bilmişdi. Bununla da Kliçkonun boksdakı 11 illik hökmdarlığını bitirmişdi. İyulda keçirilməsi nəzərdə tutulan qisas görüşü Fyurinin ayağındakı ciddi zədə üzündən oktyabrın sonuna kimi təxirə salınmışdı./AzNews.az


Xəbər xətti