Futbol üzrə Xorvatiya ikinci liqasında 9-cu turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası – “Duqopolye” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Luçko”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Elnur bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, “Duqopolye” geridə qalan turlarda topladığı 15 xalla 12 klub arasında 3-cü pillədə qərarlaşıb.