Bu gün Portuqaliya çempionatının VII turu çərçivəsində "Boavişta" doğma azarkeşləri önündə "Moreyrense"ni qəbul edəcək.
Millimizin qapıçısı Kamran Ağayev növbəti dəfə meydana start heyətdə çıxacaq. Bu barədə Ağayevin özü məlumat verib.
30 yaşlı qolkiperin "Portu" ilə debüt matçında inamsız çıxış etməsinə baxmayaraq, "Boavişta"nın baş məşqçisi Ervin Sançes Ağayevə yenidən şans verib.
Xatırladaq ki, qarşılaşma saat 21:00-da start götürəcək.(qafqazinfo.az)