Reynaldo: "Azərbaycan millisindən təklif gəlsə, məmnun olaram"

15:33 3 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 7-cu turu çərçivəsində baş tutan "Qəbələ” – "Qarabağ” (2-0) oyunundan sonra qonaq komandanın futbolçusu Reynaldo jurnalistlərin suallarını cavablandırıb: 
 
"Çempionatın ən vacib oyunlarından birini keçirdik. İlk hissədə qapımız qarşısında təhlükəli vəziyyətlər yarandı və rəqib komanda bundan istifadə edərək qollar vurdu. Qoldan sonra toparlandıq, topu saxlamağa çalışdıq. İlk hissədə iki dəfə qol şanslarımız oldu, ikinci hissədə də müəyyən epizodlar yaratdıq, lakin qol vura bilmədik”.
 
- İndiki Reynaldo ilə əvvəlki Reynaldo arasında böyük fərq yaranıb. Zədədən sonra oyununda eniş hiss olunur. Bu barədə nə deyə bilərsən?
- Bilirsiziniz ki, ciddi zədələnmişdim. Ümumiyyətlə, zədəli olduğum vaxtları xatırlamaq istəmirəm. Ancaq Çalışıram ki, “Qarabağ”a əlimdən gələn köməyin ən yaxşısını edim.
 
- Meydana sonradan daxil oldun. Nə ilə bağlı idi bu?
- Bu, bizim baş məşqçimizin qərar idi. Mən həmişə olduğum kimi məşqlərimi edirəm. Oyuna da hazır idim. Lakin baş məşqçimiz belə qərar qəbul etdi.
 
- Bu gün məğlub oldunuz və liderdən 6 xal geri düşdünüz. Sizcə, "Qəbələ” mövsümün sonunda çempionluğa sevinə bilər?
- "Qəbələ” bu gün layiqli qələbə qazandı. Rəqibin qalibiyyətinə hörmətsizlik etmək istəmirəm. Ən yaxın izləyicindən 6 xal fərqi ilə irəlidə olmaq o demək deyil ki, artıq çempion olmusan. Qarşıda çox oyunlar var və hər zaman lider dəyişikliyi ola bilər. 
 
- Rəşad Sadıqovun yoxluğunda müdafiə xəttiniz olduqca zəif çıxış edir. Ümumiyyətlə, müdafiə xəttinin çıxışını necə qiymətləndirirsiz?
- Komandadakı bütün futbolçular çalışırlar ki, start heyətində meydana çıxsın. Meydanda olan oyunçuların hansısa birini digərindən fərqləndirmək düzgün olmazdı. Start heyətdə oyuna çıxan oyunçular bir-birilərini tanıyırlar, dəyişiklik olanda deməzdim ki, axsama olur, ancaq bəzən müəyyən fərq hiss olunur.
 -   Artıq 5 ilə yaxındı ki, Azərbaycanda çıxış edirsən. Bu müddət tamam olandan sonra dəvət gəlsə, millidə çıxış edə bilərsənmi?
-    Azərbaycanda hamı mənə yaxşı rəftar edir. Mənim üçün Azərbaycanda yaşamaq çox xoşdu. Ancaq mənim üçün ilkin hədəf odu ki, daha çox məşq edim və əvvəlki formamı bərpa edim. Bundan sonra oyunlarda özümü yaxşı göstərim. Əgər Azərbaycan millisindən təklif gəlsə, məmnun olaram. Nəyə görə Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim?

İlkin İsmayılzadə, Qəbələ


Digər xəbərlər

Xəbər xətti