19 yaşadək futbolçulardan ibarət milli komandamız sabah Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxacaq.
Sportarena.az xəbər verir ki, 5-ci qrupda yer alan millimiz Avstriya ilə qarşılaşacaq. Görüşü belçikalı və litvalı hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Conatan Ladrot olacaq. Ona həmyerlisi Frederik Qodelayne və litvalı Vitis Snarskis kömək edəcəklər. Dördüncü hakim funksiyasını litvalı Manfredas Lukyançiukas yerinə yetirəcək.