Dünən “Loryen”lə görüşdə meydandan uzaqlaşdırılan “Nitsa”nın hücumçusu Mario Balotellinin aldığı qırmızı vərəqə ləğv olunacaq.
Oyunun baş hakimi Olivye Tyüal səhvini boynuna alıb. O qeyd edib ki, italiyalı forvarda matçın sonunda göstərdiyi ikinci sarı vərəqədə səhvə yol verib.
Bununla da 26 yaşlı forvard oktyabrın 14-də “Lion”a qarşı keçiriləcək matçda meydana çıxa biləcək.