Son zamanlar başı zədələrlə dərddə olan Hollandiya millisinin kapitanı Aryen Robben DÇ-2018-in seçmə mərhələsinə Belarus və Fransa ilə görüşləri buraxacaq.
Səbəb onun Almaniya bundesliqasının 6-cı turunda “Köln”lə oyunda zədələnməsidir. Qeyd edək ki, Hollandiya oktyabrın 7-i Belarus, oktyabrın 10-u Fransa ilə qarşılaşacaq.