19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan yığması ilk oyununa çıxacaq.
Litvada keçirilən seçmə mərhələnin ilk görüşündə yığmamızın rəqibi Avstriya olacaq.
Qeyd edək ki, millimizin yer aldığı qrupun digər matçında Litva Bosniya və Hersoqovinanı sınağa çəkəcək.
Avropa çempionatının seçmə mərhələsi
V qrup
I tur
15:00 Avstriya - Azərbaycan
Hakimlər: Conatan Lardo (Belçika, Frederik Qodelayn (Belçika), Vitis Snarskis (Litva), Manfredas Lukyançukas (Litva)