21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya ilə qarşılaşacağı matçı idarə edəcək hakimlər müəyyənləşib.
Sportarena.az xəbər verir ki, oyunu danimarkalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Peter Kyaesqaard-Andersen olacaq. Bu işdə ona Henrik Sonderbyu və Yakob Bille kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını isə Sandi Putros yerinə yetirəcək.
Qeyd edək ki, Finlandiya - Azərbaycan matçı oktyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.