19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, millimiz Litvanın Marijampole stadionunda Avstriya komandası ilə qarşılaşıb. Oyun 4:1 hesabı ilə avstriyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Anton Krivotçuk fərqlənib.
Xatırladaq ki, millimiz növbəti oyununu oktyabrın 6-da, saat 15.00-da Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.