FİFA on bir ölkənin futbol assosiasiyasını cərimələdi

00:03 5 Oktyabr 2016

FİFA on bir ölkənin futbol assosiasiyasını cərimələyib.


Buna 2018-ci il dünya çempionatı seçmə mərhələ çərçivəsində keçirilən görüşlərində həmin ölkələrin azarkeşlərinin hərəkətləri səbəb olub.

 

Ali futbol qurumu buna görə Honduras (65 min İsveçrə frankı), Albaniya (50 min), Salvador (45 min), Peru (30 min), İtaliya (30 min), Meksika (30 min), Argentina (25 min), Paraqvay (25 min), Kanada (20 min), Çili (20 min) və Braziliyanın (20 min) futbol assosiasiyalarına sanksiya tətbiq edib. On bir assosiasiya, ümumilikdə 360 min İsveçrə frankı məbləğində cərimə ödəyəcək.

 

FİFA-nın mətbuat xidmətindən bildirilib ki, həmin ölkələrin azarkeşləri seçmə mərhələnin oyunları zamanı etik qaydalara sığmayan hərəkətlərə yol verib və futbolçular da təhqir edilib.

 

Çili Futbol Assosiasiyasına daha bir cəza kəsilib. Belə ki, bu ölkənin yığmasının gələn il, martın 28-də Venesuela ilə keçirəcəyi oyuna azarkeşlər buraxılmayacaq. Çili – Venesuela matçı boş tribunalar önündə baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti