Millimizin oyununu idarə edəcək hakimlər bəlli oldu

10:10 5 Oktyabr 2016

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Finlandiya ilə keçiriləcək oyununa hakim təyinatları açılqanıb.

Qarşılaşmanı danimarkalı hakimlər briqadası idarə edəcək.

 
Görüşün baş hakimi Peter Kyaesqaard-Andersen olacaq. Ona Henrik Sonderbyu və Yakob Bille kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Sandi Putros  yerinə yetirəcək.
 
Qeyd edək ki, Finlandiya  - Azərbaycan matçı oktyabrın 7-də Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti