Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatınadək tribunalarda irqçiliklə mübarizə üçün azarkeşlərin davranışlarının monitorinqi üzrə yeni sistem tətbiq edəcək.
Bu barədə FİFA-nın rəsmi nümayəndəsi Alois Huqa istinadən “İzvestiya” nəşri yazıb.
“Biz tribunalarda azarkeşlərin davranışlarının monitorinqi üçün yeni sistem işləyib hazırlamışıq ki, bu da istənilən ayrı-seçkilik halları ilə mübarizədə kömək olacaq. Sistem artıq 2018-ci il dünya çempionatının seçmə mərhələsinin gedişatında hər yerdə, həmçinin 2017-ci il Konfederasiyalar Kubokunda qismən tətbiq olunacaq. Biz bu sistemi tam olaraq Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində işə salmağı planlaşdırırıq”, – deyə Huq bildirib.
report