DÇ-2018-in seçmə mərhələsinin C qrupunda keçiriləcək Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, görüşü sloveniyalı hakimlər briqadası idarə edəcək. Belə ki, matçın baş hakimi Matey Yuq olacaq. Onun köməkçiləri Tomaş Klançnik və Manuel Vidali olacaq. Dördüncü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.
Qeyd edək ki, Çexiya - Azərbayca oyunu oktyabrın 11-i keçiriləcək.