"Ankara-Zirvə" təmsilçisi iki dünya rekordu yenilədi

22:07 5 Oktyabr 2016

Almaniyanın Haynşaym şəhərində Usta Ağır Atletlər arasında dünya çempionatı keçirilir. 


Sportarena.az xəbər verir ki, 1-8 oktyabr tarixlərində davam edəcək yarışda yüzə yaxın ölkədən 900-dən çox atlet mübaizə aparır. İştirakçılar arasında “Ankara-Tuzgölü-Zirvə” təmsilçisi Salih Suvar da var. O, dünən körpücük üzərinə çıxaraq uğur qazanıb.

 

M-65 yaş qrupunda 85 kq çəki dərəcəsində yarışan Salih Suvar, birdən qaldırma da 92kq, təkanla qaldırmada isə 119 kq-ı ram edib. Toplam 211 kq (92+119) nəticə ilə veteran atletimiz dünya çempionatının qalibi adını qazanıb.


Üstəlik, Suvar öz çəkisində həm təkanla qaldırma, həm də toplamda iki dünya rekordunu yeniləyib.


Digər xəbərlər

Xəbər xətti