PFL-in prezidenti: "Neftçi" finala çıxsa, oyun Lənkəranda keçirilməyəcək"

12:41 6 Oktyabr 2016

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun 2016/2017 mövsümünün püşkü atılıb. 


Sportarena.az xəbər verir ki, püşkatma mərasimindən sonra PFL-in prezidenti Ramin Musayev maraqlı açıqlama verib. Belə ki, o, açıqlamasında bildirib ki, kubokun final görüşü Lənkəran Şəhər stadionunda keçirilə bilər:

"Mən çox istərdim ki, ölkə kubokunun final görüşü Lənkəranda keçirilsin. Amma final görüşünə "Neftçi" klubu vəsiqə qazansa, mən bu məsuliyyəti öz üzərimə götürüb oyunu Lənkəranda keçirməyəcəyəm. Çünki belə olsa, orada böyük qalmaqal yaşana bilər. Əgər başqa klublar finala vəsiqə qazansa, bu barədə rahat düşünə bilərik. Təbii ki, bunun üçün stadionun durumu da yaxşı olmalıdır. Biz bütün bu məsələlərə baxdıqdan sonra, son qərarı verəcəyik".


Digər xəbərlər

Xəbər xətti