Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmaları Litvada təşkil olunan V qrupunda II turun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin çıxış etdiyi qrupun ikinci oyun günü yığmamızın görüşü ilə başlayacaq.
Millimiz Bosniya və Herseqovina ilə üz-üzə gələcək. İlk turda Avstriyaya 1:4 hesabı ilə uduzan komandamız növbəti mərhələ şanslarını qorumaq üçün bu görüşdən xalla ayrılmalıdı. Əks halda isə yığmamızın durumunu daha da ağırlaşdıracaq.