DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Ukrayna matçı 2:2 hesabı ilə başa çatıb.
Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Andrey Şevçenko oyunla bağlı fikirlərini bildirib.
Gənc çalışdırıcı "ay-ulduzlular"ın yarımmüdafiəçisi Əmrə Moru tərifləyib: "Bəzən müdafiədə boşluqlar yaşandı. İkinci hissədə isə müdafiəçilərimiz yorulmuşdu. Son 10 dəqiqəyə qədər hər şey biz istədiyimiz kimi gedirdi. Nəticənin 2:0 olmasını istərdim, amma bu, baş vermədi. Rəqib əsasən cinahlardan hücum qururdu. Əmrə Mor isə çox sürətli və istedadlı futbolçudu. Onu dayandırmaq çox çətindi. Buna baxmayaraq, Əmrəni dayandırmaq üçün müdafiəçilərimiz əlindən gələni etdi".