Braziliya millisinin və “Barselona”nın hücumçusu Neymar peşəkar karyerasında 300-cü qolunu vurub.
O yubiley qolunu DÇ-2018-in seçmə mərhələsində Boliviyaya qarşı oyunda (5:0) vurub. Sözügedən görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Neymar karyerasının 300-cü qolunu vurmuş olub.
Qeyd edək ki, Neymar bu qollardan 49-nu Brazilya, 18-ni gənclərdən ibarət yığmalarda, 138-ni “Santos”da, 95-ni “Barselona”da vurub.