21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün son oyununu keçirəcək.
Yığmamız Helsinki şəhərindəki “Töölön Jalkapallostadion”da Finlandiya komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:30-da başlayacaq qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Peter Kjaesgaard-Andersen
Baş hakimin köməkçiləri: Henrik Sonderby, Jakob Bille
Dördüncü hakim: Sandi Putros
UEFA nümayəndəsi: Tomas Karpavicius (Litva)
Hakim-inspektor: Albano Janku (Albaniya)