4 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun “Qaradağ Lökbatan” – “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
4 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun MOİK – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 70-ci dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
4 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun “Energetik” – “Səbail” matçında “Energetik” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40). Oyunun 54-cü dəqiqəsində “Energetik” klubunun 19 №-li futbolçusu Kamran Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Oyunun 87-ci dəqiqəsində “Səbail” klubunun 17 №-li futbolçusu Ramazan Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 37.1).
5 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun “Şəmkir” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40). “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).
5 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun V turunun “Bakılı” – “Zaqatala” matçında “Bakılı” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunur (maddə 50).
25 sentybar 2016-cı il U-12 Liqasında AZAL – “Təhsil” FM matçının 48-ci dəqiqəsində AZAL klubunun 10 №-li futbolçusu Mirəhməd İsayev və “Təhsil” klubunun 14 №-li futbolçusu Elşən Abdullayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır (maddə 38.3).
24 sentyabr 2016-cı il U-11 Liqasının “Neftçi” İK İB (Siyəzən) – “Yalama” (Xaçmaz) matçında “Yalama” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
24 sentyabr 2016-cı il U-10 Liqasının “Sumqayıt” FK – UGİM (Xızı) matçında UGİM klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
1 oktyabr 2016-cı il U-13 Liqasında “İnter” – “Zirə” matçının 42-ci dəqiqəsində “İnter” klubunun 5 №-li futbolçusu Zaur Qasımov və “Zirə” klubunun 6 №-li futbolçusu Elnur Əzizov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır (maddə 37.1).
1 oktyabr 2016-cı il U-14 Liqasında “Mil-Muğan” (İmişli) – UGİM (Saatlı) matçının 38-ci dəqiqəsində “Mil-Muğan” klubunun 7 №-li futbolçusu Rəhim Cəfərli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 52-ci dəqiqəsində UGİM (Saatlı) klubunun 9 №-li futbolçusu İzzət Əsədli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır (maddə 38.3).
1 oktyabr 2016-cı il U-12 Liqasında Gİİ (Qazax) – Qələmçə (Ağstafa) matçında Gİİ klubunun heyətində limitin pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).