Ektor Bellerin və Teo Uolkott bu mövsüm premyer liqada ən sürətli futbolçuları siyahısında ilk onluğun yalnız son sıralarında qərarlaşıblar.
Məlumdur ki, artıq neçə ildir Uolkot çempionatda ən sürətli futbolçu reytinqinə başçılıq edir.Bu yaxınlarda Bellerin Uolkotu keçdiyini iddia etmiş və hətta Useyn Boltla bacara biləcəyini qeyd etmişdi.
Lakin Opta-nın araşdırması başqa nəticələr verib.Bu mövsüm premyer liqada ən yüksək sürəti Sautgemptonun futbolçusu Şey Lonq yığa bilib (35.31).
Maraqlıdır ki, MY-nın debütantı Erik Bayi ən sürətli mərkəz müdafiəçisidir.İngilislər arasında ən yaxşı nəticə Tottenhemdən Kayl Uolkerə məxsusdur. Tanınmış sprinterlər Sadio Mançe , Rəhim Sterlinq və Antoni Martial isə heç ilk onluğa da düşə bilməyib.
Bu mövsüm premyer liqada maksimal sürətlər:
1. Şeyy Lonq (35.31 км/s)
2. Layden Quç (35.19 км/s)
3. Каyl Uolker (35.18 км/s)
4. Ceymi Vardi (35.10 км/s)
5. Аndre Qrey (34.87 км/s)
6. Erik Bayi (34.84 км/s)
7. Uilfrid Zaxa (34.79 км/s)
8. Маyya Yoşida (34.78 км/s)
8. Тео Uolкотт (34.78 км/s)
10. Ektor Bellerin (34.77 км/s)