Per-Matias Hoqmo: "Ümid edirik ki, bu dəfə stadionun ot örtüyü rənglənməyəcək"

18:42 7 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan milli komandası Norveç yımasını qarşılayacaq.


Sportarena.az xəbər verir ki, bu gün oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda Norveç milli komandasının baş məşqçisi Per-Matias Hoqmonun mətbuat konfransı keçirilib.


- Son məşqdən sonra komandanın vəziyyəti və aparıcı oyunçulardan biri olan  Joşua Kinqin durumu necədir?
- Yaxşıdır. Sabahkı oyuna tam hazır olacaq.
 

Bakı sizdə necə təəssürat yaratdı?

- Bakı çox gözəl şəhərdir. Komandanızın inkişafı bizi sevindirir. Bilirik ki, komandanızdakı oyunçuların çoxu “Qəbələ” və “Qarabağ”ın futbolçularıdır. Həmin komandalar da Avropa Liqasında çıxış edir. Çətin oyun olacaq.

- Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?

- Biz qalib gəlmək istəyirik. Son oyunumuzda heç-heçə etmişdik. Ümid edirik ki, yaxşı olacaq.

- Son dəfə Azərbaycan gələndə “Bakcell Arena”da oynamışdınız. Sabah bu stadionda oynamağın fərqi olacaq?

- Stadion çox gözəldir. Çox xoşbəxtik ki, bu stadionda oynayacağıq. Ümid edirik ki, stadionun ot örtüyü yaxşı olacaq və son gəlişimizdəki kimi rənglənməyəcək. 

- Son dəfə qarşılaşdığınız Azərbaycan yığması ilə indiki Azərbaycan yığması arasında hansı fərqləri görürsünüz?

- Artıq komandanın təcrübəsi var. Həm də komandadakı oyunçuların çox hissəsini “Qarabağ”ın futbolçuları təşkil edib. Düşünürəm ki, maraqlı oyun olacaq.

- Komanda Bakıya gələdə çarter reysi ilə gəlib və bu da Norveçdə etirazla qarşılanıb. Sizcə, məğlub olsanız Norveç azarkeşləri sizin üçün problem yaratmayacaq?

- Mən bu barədə ilk dəfədir eşidirəm. Ümid edirəm ki, həmin təyyarə bizi hava limanında gözləyir.


Digər xəbərlər

Xəbər xətti