ABŞ atletləri dopinq qəbul edir

10:50 8 Oktyabr 2016

“Fancy Bears” haker qrupu yeni gizli sənədlər üzə çıxarıb.

Sənəd iki yüz ABŞ idmançılarının qadağan olunmuş dərmanlardan istifadəsinə dair razılıq verilməsi ilə bağlıdır.

Məlum olub ki, təkcə 2015-ci ildə Amerika atletləri müalicə bəhanəsi ilə 583 qadağan olunmuş maddələr qəbul edib. Amerikanın idman məmurlarının şəxsi yazışmalarını ələ keçirən hakerlər müəyyən edib ki, bir çox idmançıların hətta bir neçə növdə dərmanların istifadəsinə icazəsi var. ABŞ Anti-dopinq agentliyinin (USADA) elmi rəhbəri, doktor Metyu Fedorukun yazışmaları və anti-dopinq bazası olan WADA sisteminin də gizli materialları da hakerlərin əlinə keçib.

İddia edilir ki, amerikalı atletlərə velosiped idman növündə daha çox – 102, yüngül atletikada 68, triatlonda 58 və üzgüçülük idmanında 42 dərman paylanıb. Müalicə bəhanəsi ilə Amerika paralimpiya yığma komandasının bir neçə üzvünün də sözügedən dopinqdən istifadəyə icazəsi olub. Araşdırmaya görə, 558 amerikalı paralimpiyaçıdan 15-i “Rio-2016”da bu maddədən qəbul edib. Dopinq idman qidası adı altında atletlərə verilir.

Mənbəyə görə, bodibildinq idmanı, Amerika milli hokey liqası və milli futbol liqasının üzvləri isə çətənə zülalından hazırlanmış dopinqdən istifadə edirmiş. Hazırda hakerlər amerikalılardan başqa, müxtəlif ölkələrdən olan 127 atleti əhatə edən altı siyahi da üzə çıxara bilib.


Digər xəbərlər

Xəbər xətti