Britaniyanın ən məşhur idmançılarından biri, gimnast Luis Smit islamı və müsəlmanları aşağılayıb.
Rio-de-Janeyro Olimpiadasının gümüş medalçısı olan gimnast dostunun toyundan əvvəl keçirdiyi "subaylığın son gecəsi"nə yollanıb.
Burada o, komanda yoldaşı, tanınmış gimnast Lyuk Karsonla içib, sonra da sərxoş vəziyyətdə "namaz videosu" səkib.
Arxa planda xalça üzərində durmuş 26 yaşlı Karson güya "namaz" qılır, əllərini qaldırıb aşağı salır.
Ön plandakı 27 yaşlı Lüis Smit isə "ərəb"cə danışırmış təki mənasız kəlmələri sıralayır, sonra da "Allahu-əkbər!" deyərək qəhqəhə çəkir.
Video sosial şəbəkələrdə yayılandan sonra Britaniyadakı müsəlmanları hiddətləndirib. Onlar islamı aşağılayan, insanların dini hisslərini və inanclarını təhqir edən idmançıların üzr istəmələrini, məsuliyyətə cəlb olunmalarını tələb edirlər.
///Milli.Az