Kuba və ABŞ yığmaları 69 il sonra qarşılaşdı - VİDEO

15:08 8 Oktyabr 2016

Kuba və ABŞ-ın futbol üzrə yığma komandaları arasında 1947-ci ildən sonra ilk dəfə yoldaşlıq görüşü keçirilib. Havanadakı Pedro Marrero adına stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.

Qolları 62-ci dəqiqədə Kris Vondolovski, 71-ci dəqiqədə isə Culian Qrin vurub.

Görüşü ABŞ vitse-prezidenti Co Baydenin xanımı Cill Bayden də izləyib. Həmin vaxt o, Kubada qeyri-rəsmi mədəni tanışlıq səfərində olub. İki ölkə 2014-cü ildə diplomatik münasibətləri bərpa etmək istəklərini açıqlayıblar.


Digər xəbərlər

Xəbər xətti