"Mançester Yunayted" klubu sentyabr ayının ən yaxşı futbolçusunu seçib.
Sportarena.az xəbər verir ki, klubun rəsmi saytında keçirilən səsverməyə əsasən, Markus Raşford ötən ayın ən yaxşı oyunçusu seçilib. O, səslərin 45 faizini toplayıb.
Qeyd edək ki, M.Raşford sentyabrda 6 oyuna 3 qol vurub.