Cüdoçularımız ikinci medalı qazandı

21:18 8 Oktyabr 2016

Özbəkistanın Daşkənd şəhərində cüdo üzrə “Qran-Pri” yarışina yekun vurulub.  Azərbaycan milli komandası mötəbər turnirdə növbəti medalını qazanıb.

Sportarena.az xəbər verir ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəlil Şükürov ilk qarşılaşmasında meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. Yarımfinalda türkmənistan təmsilçisi Sahidzhol Saidova qalib gələrək finala yüksəlib. Şükürov həlledici görüşdə isə Özbəkistan cüdoçusu Soyib Kurbonova məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, dünen daha bir təmsilçimiz – Rüfət İsmayılov (81 kq) milli komandamıza bürünc medal qazandırıb.


Digər xəbərlər

Xəbər xətti