Robert Prosineçki: "Azərbaycana gəldiyim ilk gündən optimist olmuşam"

22:31 8 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində milli komandamız Norveçi 1 - 0 hesabı ilə məğlub edib.
 
Sportarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisiRobert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:

 

Oyundan öncə demişdim ki, bizi çətin oyun gözləyir. İndi isə çox xoşbəxtəm. Gözəl oyunla 3 xalı qazandıq. Hamımız üçün vacib qələbədir. Futbolçularım öz bacarıqlarını göstərdilər. Yaxşı mübarizə apardılar. Belə çətin rəqibə qarşı qazanılan qələbə çox gözəldir. Bizi 3 gündən sonra çətin oyun gözləyir. Orada da əzmkar oyun göstərib yaxşı nəticə ilə qayıtmağa çalışacağıq.

 

- Çexiya ilə oyun öncəsi bu qələbə ruh yüksəkliyi, yoxsa, arxayınlıq yarada bilər?

- Bu suala cavab vermək çətindir. Oyundan sonra futbolçularla danışdım. Onlara da bildirdim ki, 3 gündən sonra çətin oyunumuz var. Bu günkü oyunu analiz edəcəm, ola bilər ki, Çexiya ilə oyunda bəzi dəyişikliklər etdim. Bu gün çətin oyunumuz oldu, ona görə də bəzi futbolçularda yorğunluq var. Bərpa məşqindən sonra tam hazır olan futbolçuları Çexiya ilə qarşılaşmada meydana buraxacam.

 

- Komandanın oyunundan razı qaldız? Sizin üçün nəticə vacibdir, yoxsa gözəl oyun?

- Əlbəttə ki, hər bir məşqçi üçün nəticə vacibdir. Oyundan öncə üzərimizdə təzyiqvar idi. Hamı, həm mətbuat, həm azarkeşlər bizdən qələbə gözləyirdi. Ola bilər ki, gözəöl oyun göstərə bilmədik, amma hamı yaxşı mübarizə apardı. 6 xalımız var, qrup lideriyik. Hər kəsi təbrik edirəm.

 

- Klublarında oyun praktikası olmayan futbolçuları meydana buraxdız. Niyə Araz Abdullayev, Rauf Əliyev yox?

- Siz qələbəyə görə sevinirsiz? Bu mənim şəxsi fikrimdir. Bu gün onlar hazır deyildi, ona görə də oynatmadım. Heyətlə bağlı səhvlərə yol vermədim. Belə rəqib üzərində qələbə qazanmaq çox çətindir.

 

- Ufuk Budakın oyunlarını izləyirsiz?

- Mən Ufuk Budakı sonuncu dəfə Avstriya toplanışına dəvət etmişdim. Orada özünü sübut edə bilmədi.

 

- Ağabala Ramazanov çox top itkisinə yol verdi. Onu niyə əvəzləmədiz?

- Ağabala ilə bağlı deyə bilərəm ki, o çox sürətli futbolçudur. Müdafiəçilər üçün belə hücumçulara qarşı oynamaq çətindir. Birəbir mübarizələrdə top itkisi normaldır. Onun oyunundan razı qaldım. O, bu gün 5 nəfərin yerinə vuruşub. Həm Ağabaladan, həm də digər bütün futbolçulardan razı qaldım.

 

- Bu günkü qələbə azarkeşlərdə çox inam yaratdı. Siz özünün necə, möcüzəyə inanırsız?

- Azərbaycana gəldiyim ilk gündən optimist olmuşam.  Mən komandama inanıram. Siz hər zaman pessimist olmusuz. Futbolçularla tanış olandan sonra inamım artdı. Hücum futbolu oynamağa çalışırıq. Ümid edirəm ki, siz də inanmağa başlayacaqsız.

 

- Ot örtüyündən razı qaldız?

- Ot örtüyü yaxşı vəziyyətdə deyildi. Ümid edirəm ki, bu problem aradan qaldırılacaq.

 

- Azarkeşlərin qələbədə rolu oldu?

- Azarkeşlərin dəstəyi möhtəşəm idi. 90 dəqiqə komandanı hücuma səslədi. Hamımız bu dəstəyihiss edirdik. Azarkeşlərin qələbəmizdə çox böyük rolu oldu.

 

- Dostum Çexiya ilə oyunda millimizin qələbəsinə pul qoymaq istəyir. Nə məsləhət görürsüz?

- Çexiya millisini Avro-2016-da canlı izləmişəm. Avropa çempionatından sonra heyətlərində çox dəyişiklik edilib. Sualınıza gəldikdə isə çalışacağıq ki, Bakıya yaxşı nəticə ilə qayıdaq.


Digər xəbərlər

Xəbər xətti