Norveçin baş məşqçisi: "Azərbaycan futbolunun inkişafı göz önündədi"

23:03 8 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində milli komandamız Norveçi 1 - 0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisiPer-Matias Hoqmo jurnalistlərin suallarını cavablandırıb:

 

İlk növbədə Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Nəticədən çox məyusam. Amma oyuna gəldikdə şanslarımız çox oldu, dəyərləndirə bilmədik.

 

- Stadionun ot örtüyündən razı qaldız?

- Meydanın vəziyyəti yaxşı idi. Oyunumuza mane olmurdu. Cinah asmalarından çox istifadə etdik, təssüf ki, bunlardan yararlana bilmədik.

 

- 2 oyuna 0 xal qazanmısız. İstefa barədə düşünürsüz?

- Ötən mərhələdə Azərbaycandan 4 xal almışdıq, bu dəfə alınmadı. İstefa barədə düşünmürəm. Növbəti oyunlara hazırlaşacağıq.

 

- Oyundan əvvəl demişdiz ki, Azərbaycan və San Marinodan 6 xal almalıyıq. Sizcə bu Azərbaycanın daha yaxşı motivasiya olmasına səbəb olmadıki?

- Əlbəttə ki, biz həmişə qələbə qazanmaq istəyirik. Amma Azərbaycan futbolunun inkişafı göz önündədir.


Digər xəbərlər

Xəbər xətti