AFFA-dan rəsmi açıqlama: "Norveçlə oyundan sonra heç bir futbolçumuz dopinq testdən keçməyib"

14:58 9 Oktyabr 2016

Dünən milli komandamız DÇ-2018-in seçmə mərhələsində Norveç üzərində 1:0 hesablı qələbə qazanıb. 


Sportarena.az xəbər verir ki, matçdan sonra millimizin 3 futbolçusu - Rəşad Sadıqov, Maksim Medvedev və Kamran Ağayevin dopnq testdən keçməsi haqda xəbər yayılıb.


Sözügedən qarşılaşmanın təşkilatçı meneceri, AFFA-nın texniki direktorunun köməkçisi Zaur Hacı-Məhərrəmov futbolxeber.az saytına açıqlamasında yayılan xəbərləri təkzib edib: “Dopinq testi barədə oyundan əvvəl məlumat alırıq. Bu cür hallarda oyundan əvvəl matçın meneceri olaraq məni dərhal dopinq otağına çağırırlar. Dünənki görüşdə isə heç bir futbolçumuz dopinq nəzarətindən keçməyib. Bütün otaqlar aşağıdadır. Yuxarıda hansısa oyunçu necə dopinq testdən keçə bilər?”


Digər xəbərlər

Xəbər xətti