MMA üzrə dünya və Avropa çempionu Şəhriyar Abbasovun Maqamed Alibekovla döyüşündən əvvəl maraqlı anlar yaşanıb.
Döyüşçümüz zalda qondarma Dağlıq Qarabağ bayrağını görüb və buna etiraz edib.
O aparıcıdan mikrafonu alıb və deyib: “Bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisdir, bura idman meydanıdır, siyasət meydanı deyil. Hər kəsdən xahiş edirəm ki, idmanla maraqlansın”
O təşkilatçılara müraciət edib və bu məqamların yolverilməz olduğunu deyib.
Qeyd edək ki, döyüş Rusiyanın məşhur “Боец” televiziyası ilə canlı yayımlanıb.