"Barselona”nın yarımmüdafiəçisi Arda Turan Türkiyə millisinə çağırılmaması ilə bağlı yeni açıqlama verib.
“Beyaz TV”yə müsahibəsində o bir daha bəyan edib ki, milliyə dəvət alsa, qəbul edəcək: “Komandaya dəvət edilməməm baş məşqçinin qərarıdır”.
Arda Turan bildirib ki, milliyə dəvət edilməməsini müzakirə etmək istəmir: “Hocamız çağırmadı. Çağırsa, yenə gələrəm. Milli üçün hər zaman hazıram. Niyə dəvət edilmədim deyə sual vermədim, vermərəm də. Komanda bir ailə kimidir. Orada baş verənləri danışmaq doğru olmaz. Məsələ kiminsə haqlı-haqsız olması deyil. Mən haqlı olmaq istəmirəm. Əsas millinin nəticələri uğurlu olsun”.
Arda Turan bildirib ki, bəzi insanlar onu millidən mükafat davası etməsinə görə günahlandırıb: “Buna görə məni fitə basdılar. Ona üzüldüm ki, Avropaya pis göründük. Türk xalqına bir sualım var: yəni mənim 1 oyunluq xətrim yoxdu? 10 il millinin kapitanı olmuşam. Mənim heç limitim qalmayıb?”
Ölkəsinə 10 il şəfərlə xidmət edən bir insana güvənin. Sabah yenə çağıracaqlar, gəlib xidmətimizi göstərəcəyik”.