Türkiyə millisinin futbolçusu Əmrə Mor DÇ-2018-in seçmə mərhələsinin 4-cü turunda Kosovoya qarşı oynaya bilməyəcək.
Buna səbəb onun İslandiyaya qarşı matçda (0:2) sarı vərəqə limitini doldurmasıdır. Bundan əvvəl Ukrayna ilə görüşdə də sarı vərəqə alan 19 yaşlı oyunçu cəzalı duruma düşüb.
Qeyd edək ki, Türkiyə - Kosova oyunu noyabrın 12-i keçiriləcək.