Millimizin Çexiyada açıq məşqi olacaq

11:52 10 Oktyabr 2016

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Çexiya – Azərbaycan oyunu öncəsi təmsilçilərimizin iştirakı ilə olacaq mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb.

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə  görə, bu gün baş məşqçimiz Robert Prosineçki mətbuat nümayəndələrinin önünə çıxacaq.
                                          
Xorvatiyalı mütəxəssis Bakı vaxtı ilə saat 22:15-də jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:45-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi start götürəcək. Mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki Vitkovitse stadionunda keçiriləcək.

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti