Azərbaycan millisinin müdafiəçisi Məhəmməd Mirzəbəyov DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə sabahkı oyunla bağlı fikirlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında o, jurnalistlərin də suallarını cavablandırıb.
- Bizi çətin oyun gözləyir. Çexiyanın güclü komanda olduğunu bilirik. Bu komanda həmişə güclü olub. Çexiya millisi pressinqi yaxşı bacarır. Sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.
- Sabahkı oyunda qələbə qazansaz, qrupdakı liderliyi təmin edəcəyinizi demək olarmı?
- Bunu indidən demək olmaz. Xüsusilə, Çexiya ilə güclü rəqiblə oyundan öncə.