PSJ “Barselona”nın futbolçusu Neymarın transferi ideyasından imtina etmək niyyətində deyil.
Paris klubunun braziliyalı hücumçunun təzminat qiyməti olan 222 milyon avronu ödəməyə hazır olduğu bildirilib. Kataloniya klubunun bu təklifi rədd etməyəcəyi vurğulanıb.
Qeyd edək ki, Neymarın “Barsa” ilə müqaviləsi 2021-ci ildə başa çatır.