Ağır atletlərin inkişafı üçün nəzəri dərslər

17:40 11 Oktyabr 2016

“Zirvə” Beynəlxalq İdman Klubu ağır atletikanın inkişafı üçün bütün mümkün addımları atmağa çalışır. Xüsusilə də ağır atletlərə yaradılan şərait qeyd olunmalıdır.
AAAF Park yaşayış Kompleksində yaşayan, bütün xərcləri ödənilən gənc idmançılar, yüksək səviyyəli təhsil almaq şansı da qazanırlar. Bu məqsədlə gənc idmançılarımız üçün “Zirvə” Liseyində gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar bütün digər fənlərlə birlikdə, mütəmadi olaraq ağır atletika nəzəriyyəsi dərslərində də iştirak edirlər. AAAF TV olaraq biz də gənclərin dərsinə qatıldıq. Bədən tərbiyəsi və İdman Akademiyasının müəllimi Azad Nurməmmədovla söhbətimiz zamanı ondan bu dərslərin idmançılara hansı üstünlükləri verəcəyini öyrəndik.
Gənc atletlər də keçirilən dərslərdən məmnunluqlarını ifadə ediblər.


Digər xəbərlər

Xəbər xətti